QULİYEV SABİR ƏLİ oğlu

Azərbayjan Memarlıq və İnşaat Universitetinin «Nəzəri mexanika» kafedrasının professoru, texnika elmləri doktoru

QULİYEV SABİR ƏLİ oğlu

Azərbayjan Memarlıq və İnşaat Universitetinin

«Nəzəri mexanika» kafedrasının professoru,

texnika elmləri doktoru

 

 

          Quliyev Sabir Əli oğlu 1940-jı ildə Azərbayjan Respublikasının Kəlbəjər rayonunun Otaqlı kəndində anadan olmuşdur (bu rayonun bütün ərazisi 1993-jü ildən bu günə kimi Ermənistanın işğalı altındadır). O, 1957-ji ildə Kəlbəjər rayonunun orta məktəbini medalla bitirib, Azərbayjan Politexnik İnstitutuna (indiki Texniki Universitet) qəbul olub və 1962-ji ildə də oranı qurtarmışdır (mühəndis mexanik-maşınqayırma texnologiyası ixtisası üzrə).

 

          Quliyev S.Ə. 1963-jü ildən bu günə kimi Ali məktəbdə (1975-ji ilə kimi Azərbayjan Politexnik İnstitutunda, 1975-ji ildən isə Azərbayjan Memarlıq və İnşaat Universitetində) müəllim işləyir.

 

Quliyev S.Ə. 1966-jı ildə Azərbayjan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına (Elastiklik və plastiklik nəzəriyyəsi ixtisası üzrə) qəbul olub, 1971-ji ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edib, texnika elmləri namizədi alimlik dərəjəsini almışdır (deformasiyaya uğrayan bərk jisimlər mexanikası ixtisası üzrə).

 

          1975-ji ildən başlayaraq, Quliyev S.Ə. öz elmi axtarışlarını, SSRİ (indiki Rusiya Federasiyasının) Elmlər Akademiyasının «Mexanikanın Problemləri» İnstitutunda dünya şöhrətli alim, prof. D.İ.Şermanın rəhbərliyi altında davam etdirmişdir.

 

          Quliyev S.Ə. 1988-ji ildə Moskvada «Mürəkkəb həndəsəyə malik ikirabitəli jisimlərin gərginlik vəziyyətinin müəyyən edilməsi» adlı doktorluq dissertasiyasını müdafiə edib, texnika elmləri doktoru alimlik dərəjəsini almışdır.

 

          Deformasiyaya uğrayan bərk jisimlər mexanikası sahəsində 40 ilə yaxın elmi axtarışlar nətijəsində professor Quliyev S.Ə. 100-dən çox elmi məqalələr və 13 kitab çap etdirmişdir.

 

          Elmi işlərin əksəriyyəti Rusiyanın Elmlər Akademiyasının akademik nəşrlərində («Mexanika Tverdoqo Tela» - MTT, «Prikladnaə Matematika i Mexanika» - PMM curnallarında), Ukrayna EA nəşrlərində («Prikladnaə Mexanika» - PM), Azərbayjan Respublikasının EA nəşrlərində (Elmlər Akademiyasının Məruzələri, Elmlər Akademiyasının Xəbərləri), həmçinin ABŞ, İngiltərə, Kanada, Almaniya, Yaponiya və i.a. ölkələrin ən mötəbər elmi curnallarında dərj olunub.

 

          1991-ji ildə Moskvada prof. S.Ə.Quliyevin «Elastiklik nəzəriyyəsinin iki ölçülü məsələləri» adlı ilk monoqrafiyası çap olunub (rus dilində).

 

          1994-jü ildə prof. S.Ə.Quliyevin ali texniki məktəb tələbələri üçün «Nəzəri mexanikanın qısa kursu» adlı dərsliyi dərj olunub (dos. E.B.Ayvazovla birgə).

          1995-ji ildə prof. S.Ə.Quliyevin yeni bar monoqrafiyası, «Konform inikas» kitabı çap olundu (rus dilində).

 

          1998-ji ildə prof. S.Ə.Quliyevin Azərbayjan respublikasında Azərbayjan dilində Elastiklik nəzəriyyəsi sahəsində ilk ədəbiyyat olan «Elastiklik nəzəriyyəsi» adlı monoqrafiyası nəşr olunub (elastiklik nəzəriyyəsinin prizmatik tirlərin burulma və əyilmə məsələləri).

 

          2001-ji ildə prof. S.Ə.Quliyevin yeni bir kitabı «Elastiklik nəzəriyyəsinin bəzi məsələləri» adlı monoqrafiyası azərbayjan dilində çapdan çıxmışdır (müstəvi məsələləri və lövhələrin əyilməsi məsələləri).

 

          2002-ji ildə prof. S.Ə.Quliyevin «Anizotrop lövhələrin gərginlik vəziyyəti» adlı kitabı nəşr olunub (azərbayjan dilində).

 

          2003-ji ildə prof. S.Ə.Quliyevin ali texniki məktəb tələbələri üçün, yenidən işlənmiş və əlavələr edilmiş «Nəzəri mexanika» (qısa kurs) dərsliyi çap olunmuşdur (dos. E.B.Ayvazovla birgə).

 

2004-jü ildə prof. S.Ə.Quliyevin yeni bir monoqrafiyası «Mürəkkəb oblastların konform inikas funksiyaları» dərj olunub (rus və ingilis dillərində).

2005-ji ildə prof. S.Ə. Quliyevin yeni bir dərs vəsaiti: «Fəza və müstəvi fermalarının hesabatı» çap olunub. (dos. A.F.Məmmədovla birgə)

2010-cu ildə prof. S.Ə. Quliyevin növbəti monoqrafiyası “Elastiklik nəzəriyyəsinin fiziki qeyri-xətti məsələləri” kitabı çap olunub (azərbaycan və ingilis dillərində).

 

Bunlarla yanaşı, prof. S.Ə.Quliyevin Nəzəri mexanikanın bütün bölmələri üzrə (statika, kinematika və dinamika) 5 dərs vəsaiti-kitabları çap olunmuşdur.

Bütün çap olunan elmi məqalələrdə və monoqrafiyalarda elastiklik nəzəriyyəsinin ikiölçülü məsələlərinin (istər müstəvi məsələləri, istər prizmatik tirlərin əyilmə və burulma məsələləri, istərsə də çoxbujaqlı lövhələrin əyilmə məsələləri və i.a.) həllərinin yeni üsulları geniş şərh olunur. Təqdim olunan üsullara və metodlara əsasən, indiyə qədər çoxlu müəlliflər tərəfindən edilmiş həllərdəki çatışmamazlıq və qüsurlar aradan götürülür.

 

Bu işlərdə və kitablarda, həmçinin elm aləmində ilk dəfə olaraq məhz prof. Quliyev S.Ə. tərəfindən tapılan çoxlu sayda konform inikas funksiyalar (mürəkkəb həndəsəyə malik oblastların: çevrə və ondan çıxan bir neçə düzxətli çatları olan konturların, ellips və ondan çıxan çatlara malik konturların, müxtəlif çatlara malik kvadrat və altıbujaqlı konturların və i.a. inikas funksiyaları), həmçinin çoxrabitəli və mürəkkəb həndəsəli oblastlar üçün məşhur Kolosov-Musxelişvili potensiallarının seçilib, istifadə edilməsində konstruktiv təkliflər və tövsiyələr verilmişdir.

 

Konform-inikas funksiyaların, riyazi elastiklik nəzəriyyəsinin məsələlərinin həllində çox böyük rolunu, mərhum akademik N.İ.Musxelişvili xüsusi olaraq qeyd edirdi.

 

Ona görə də mürəkkəb həndəsəyə malik oblastlar üçün elastiklik nəzəriyyəsi məsələlərinə indiyə qədər ya heç baxılmamış, ya da təxmini hesablamalarla həll edilmişdir. Bu nöqteyi nəzərdən gərginliklərin konsentrasiyası məsələlərinin çoxlu mühüm və əsas aspektləri müfəssəl həll olunmamış qalırdı. Çünki mürəkkəb həndəsəyə malik konturların vahid çevrə ətrafına (və ya daxilinə) inikas funksiyaları məlum deyildi, bu inikas funksiyaların 20-ə (iyirmiyə) qədərini məhz prof. Quliyev S.Ə. tapmışdır.

 

Prof. Quliyev S.Ə. öz rəhbəri və müəllimi olan prof. D.İ.Şermanın məşhur köməkçi funksiyalar metodunu daha da genişləndirmiş və inkişaf etdirmişdir, belə ki, köməkçi funksiyalar yalnız çevrə üzərində deyil (prof. D.İ.Şermanda olduğu kimi), istənilən konturlar üzərində (ellips, çoxbujaqlı və i.a.) götürülür və nətijədə baxılan elastiklik nəzəriyyəsi məsələsinin həlli yalnız bir analitik funksiyanın tapılmasına gətirilir.

 

Onu da qeyd etmək lazımdır ki, istər ölkəmizdə, istərsə də xariji ölkələrdə elm aləmində ilk dəfə olaraq müxtəlif düzxətli və ya əyrixətli çatlara malik çoxbujaqlı lövhələrin müstəvi məsələlərinin həllərini, həm izotrop, həm də anizotrop prizmatik tirlərin əyilmə və burulma məsələlərinin həllərini, həmçinin çoxbujaqlı çoxrabitəli lövhələr üçün Elastiklik Nəzəriyyəsinin dinamiki məsələlərinin həllərini məhz prof. Quliyev S.Ə. vermişdir. Bütün baxılan məsələlərin həlləri jiddi riyazi əməliyyatlara əsasən alınmışdır.


     


 

Copyright © 2012