|
|
|
|
Kitablar
Quliyev S.Ə. Elastiklik nəzəriyyəsinin iki ölçülü məsələləri (Rus dilində)
Moskva. Stroyizdat. 1991. 352 s.
Kitabda, kompleks dəyişən funksiyalar və konform inikas funksiyalar nəzəriyyəsinin metodları əsasında, elastiklik nəzəriyyəsinin izotrop, fiziki qeyri-xətti və anizotrop materialdan olan çoxrabitəli oblastlar üçün bir çox məsəslələri həll olunmuşdur. Ədəbiyyatdan məlum olan bir çox həllərdəki qüsurlar və çatızmalıqların aradan götürülməsi üçün yararlı tövsiyyələr və faydalı yeni təkliflər verilmişdir. Mürəkkəb həndəsəyə malik konstruksiya elementlərində gərginlik deformasiya vəziyyətini müəyyən edən sadə düsturlar verilmişdir.
Kitab elmi-tədqiqat və layihə müəssələrində işləyən elmi və mühəndis-texniki işçilər üçün nəzərdə tutulub.
Quliyev S.Ə.
“Elastiklik nəzəiryyəsi (prizmatik cisimlərin burulma və əyilmə məsələləri)”
Bakı, Azərnəşrin qrifi ilə çap olunub. 1998, 210 səh.
Kitabda elastiklik nəzəriyyəsinin prizamtik tirlərin burulma və əyilmə məsələlərinin həllərinə baxılmışdır. İstər izotrop, istərsə anizatrop materiallardan hazırlanmış prizmatik tirlərin en kəsiyi mürəkkəb həndəsəyə malik oblastlardan ibarətdir.
Baxılan bütün məsələlər kompleks dəyişən və konform inikas funksiyalar nəzəriyyəsinin metodlarına əsaslanan ciddi riyazi üsullarla həll olunmuşdur. Hər bir bölmədə alınan nəzəri həll, bir neçə onkret ədəi misallarla müşayət olunmuşdur. Kitab Elastiklik nəzəriyyəsi üzrə Azərbaycan dilində ilk ədəbiyytdır.
Kitab geniş oxucu kütləsinə - tələbələr, aspirantlar, təqiqatçılar və elmi idarə müəssisələrinin mühəndis – texniki işçiləri üçün nəzərdə tutulub.
Kitab prof. S.Ə.Quliyevin elastiklik nəzəriyyəsi sahəsində 30 ildən çox apardığı axtarışlar nəticəsində yazılmışdır.
Quliyev S.Ə.“Elastiklik nəzəriyyəsinin bəzi məsələləri”
Bakı Azərnəşr, 2001, 400səh.
Kitabda Elastiklik nəzəriyyəsinin müstəvi məsələləri və lövhələrin əyilmə məsələlərinin həllərinə baxılmışdır.Baxılan hər bir məsələdəki oblastlar çoxarbitəli olub mürəkkəb həndəsəyə malikdir.
Bütün bölmələrdəki məsələlər kompleks dəyişən və konform inikas funksiyalar nəzəriyyəsi metodlarına əsaslanan ciddi riyazi üsullarla həll olunmuşdur. Hər bir alınan nəzəri həll, bir neçə konkret ədədi misallarla nümayiş etdirilmişdir.
Kitab elastiklik nəzəriyyəsi sahəsində Azərbaycan dilində ilk ədəbiyyatlardan biridir .
Kitab geniş oxucu kutlesi – tələbələr ,aspirantlar ,tədqiqatçilar ,mühəndis –texniki işçilər və i .a.üçün nəzərdə tutulub.
Kitab professor S.Ə.Quliyevin Elastiklik nəzəriyyəsi sahəsində 40 ilə yaxin apardığı elmi axtarışlar nəticəsində yazılmışdır .
Quiyev S.Ə.
Anizatrop lövhələrin gərginlik vəziyyəti
Bakı Azərnəşr, 2002, 254 səh.
Kitabda anizatrop cisimlərin elastiklik nəzəriyyəsinin müstəvi məsələləri və lövhələrin əyilmə məsələlərinin həllinə baxılmışdır. Baxılan hər bir məsələdəki oblastlar çoxrabitəli olub, mürəkkəb həndəsəyə malikdir.
Bütün bölmələrdəki məsələlər S.Q.Lexnitskinin və D.İ.Şermanın təklif etdikləri metodlara – kompleks dəyişən və konform inikas funksiyalar nəzəriyyəsinə əsaslanan ciddi riayzi üsullarla həll olunmuşdur. Hər bir alınmış nəzəri həll, bir neçə konkret ədədi misallarla nümayiş etdirilmişdir.
Kitab anizatrop cisimlərin gərginlik – deformasiya vəziyyətlərinin təyin olunması sahəsində Azərbaycan dilində ilk ədəbiyyatdır.
Monoqrafiya geniş oxucu kütləsi – tələbələr, aspirantlar, tədqiqatçılar, mühəndis – texniki işçilər və i.a. üçün nəzərdə tutulub.
Kitab prof. S.Ə.Quliyevin Elastiklik nəzəriyyəsi sahəsində 40 ilə yaxın apardığı elmi axtarışları nəticəsində yazılmışdır.
S.Ə.Quliyev E.B.Eyvazov. NƏZƏRİ MEXANİKA (qısa kurs)
Bakı .Azərnəşr.2003.396 s.
Kitabda Nəzəri mexanikanın hər üç bölməsi (statika, kinematika və dinamika) yığcam şəkildə şərh edilir və müvafiq məsələlərlə müşayət olunur.
Dərslik Nəzəri mexanika kursu üzrə mövcud proqramlara uyğun tərtib olunub.
Kitab ali texniki məktəb tələbələri üçündür. Ondan həmçinin mühəndis-texniki işçilər və aspirantlar da istifadə edə bilərlər.
Quliyev S.Ə. Mürəkkəb həndəsəyə malik oblastların konform inikas funksiyaları (Rus və İngilis dillərində)
Bakı. Azərnəşr. 2004. 372 s.
Kitabda kompleks ədədlər, kompleks dəyişən funksiyalar və konform inikas funksiyalar haqqındaб əsas məlumatlar şərh olunur.
Monoqrafiyaya, həmçinin elm aləmində ilk dəfə prof. S.Ə. Quliyev tərəfindən tapılan bir çox konform-inikas funksiyalar da daxil olunub.
Kitabın son bölməsində, konform inikas funksiyalar üzəində aparılan bir çox riyazi əməllər verilmişdir (vurma, bölmə qüvvətə yüksəltmə və i.a.). Kitab, ali məktəb tələbələri, aspirantlar həmçinin elmi və mühəndis-texniki işçilər üçün nəzərdə tutulub
“Müstəvi və fəza ftrmaların hesabatı”(dos.A.F.Mamedovla birgə)Bakı.2005.s.62.
Quliyev S.Ə. «Fəza və müstəvi fermalarının hesabatı» . (dos. A.F.Məmmədovla birgə) Baki.2005.s.62
Quliyev S.Ə.
Elastiklik Nəzəriyyəsinin fiziki qeyri-xətti məsələləri.
Bakı, Azərnəşr, 2010, 464 səh.
Kitabda Elastiklik Nəzəriyyəsinin fiziki qeyri-xətti məsələlərinə baxılmışdır.
Klassik Elastiklik nəzəriyyəsinin – xətti qoyuluşdakı bir çox məsələləri: müstəvi məsələləri prizmatik tirlərin burulma və əyilmə məsələləri (istər xalis əyilmə, istərsə də topa yük təsirindən əyilmə) fiziki qeyri xətti qoyuluşda həll olunub, ədədi misallara baxılmışdır.
Kitab bu sahədə Azərbaycan dilində ilk ədəbiyyatdır.
Kitab geniş oxucu kütləsi – tələbələr, aspirantlar, tədqiqatçılar, müəllimlər, mühəndis-texniki işçilər və i.a. üçün nəzərdə tutulub.
Monoqrafiya prof. S.Ə.Quliyevin 45 ilə yaxın apardığı elmi axtarışlar nəticəsində yazılmışdır.
|
|
|